• Mart 12, 2026
  • Redactor Neftchi
  • 0

Dövlət qurumlarının əməkdaşları arasında atletika yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı Atletika Mərkəzində reallaşan turnirdə 8 dövlət qurumundan 30 iştirakçı (19 kişi, 11 qadın) mübarizə aparıb.
SOCAR-ın əməkdaşları yarışda inamla çıxış edərək 2 qızıl və 2 bürünc medala sahib olublar.
Uzunluğa tullanma yarışında təmsilçilərimizdən Rüstəm Rüstəmov kişilər arasında turnirin qalib olub. Eyni növdə qadınların mübarizəsində Xalidə Cəfərova da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zərifə Məmmədova isə üçüncü yeri tutub.
Kişilər arasında 60 metr məsafəyə qaçışda isə SOCAR komandasının üzvü Rüstəm Rüstəmov bürünc medal qazanıb.