Gürcüstanın
paytaxtı Tbilisidə yeniyetmələr arasında keçirilən güləş üzrə dünya birinciliyi
sona çatıb.”Neftçi
İdman Klubu”nun 69 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Ülvi Qənizadə
mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Finala qədər irəliləməyi bacaran
güləşçimiz, bu yolda ardıcıl olaraq İran, Özbəkistan, Gürcüstan və Türkiyə təmsilçilərini
məğlubiyyətə uğradıb. Həlledici mərhələdə Ülvi QənizadəQırğızıstan idmançısı ilə gərgin keçən qarşılaşmadan məğlub ayrılıb və dünya
birinciliyinin gümüş medalını qazanıb.