Belarusun
paytaxtı Minskdə keçirilən qraplinq üzrə dünya çempionatı başa çatıb. Yarışda
700-ə qədər idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun yığma komandanın heyətində təmsil olunan yetirməsi, 84 kq çəki
dərəcəsində çıxış edən Hacımurad Purtiyev yarışda böyük əzmkarlıq nümayiş
etdirib və dünya çempionatının bürünc medalına layiq görülüb.