Akademik Ziya Bünyadovun xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə
XII Bakı şəhər açıq turnirinə yekun vurulub. Bakı Atıcılıq Mərkəzində təşkil
olunan yarışda 60-a yaxın idmançı bacarığını nümayiş etdirib.”Neftçi İdman Klubu”nun turnirə qatılmış güllə atıcılarından Leyla
Mirzəzadə 10 metr məsafəyə pnevmatik tapançadan çalışmada 364 xal toplayaraq
bürünc medal qazanıb. Kişilər arasında isə Vladislav Kalmıkov eyni məsafəyə atəşaçma
yarışlarında (PTÇ-3) 542 xalla turniri 3-cü yerdə başa vurub.