Futbol
üzrə Azərbaycan I Divizionunda IX turun oyunlarına start verilib.”Qaradağ
Lökbatan” bu tur çərçivəsində Şəmkirin eyniadlı komandasını qəbul edib.
Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirilən
qarşılaşmada gərgin idman mübarizəsi müşahidə olunub. Oyunda cəmi bir dəfə qol
səsi eşidilib. 70-ci dəqiqədə Sabir Allahquliyev “Qaradağ Lökbatan”ı önə çıxarıb –1:0. Matç elə bu hesabla da başa çatıb.