Dekabrın 12-i ümummilli lider Heydər Əliyevin anım
günüdür.Bu gün “Neftçi İdman Klubu” İctimai Birliyinin
kollektivi Fəxri Xiyabanda mərhum Heydər Əliyevin məzarını ziyarət
edib. Onun abidəsi önünə əklil qoyulub, əziz xatirəsi böyük ehtiramla yad
edilib.Sonra oftalmoloq alim, akademik Zərifə Əliyevanın
da məzarı üzərinə gül dəstələri qoyulub.