Olimpiya
idman növləri üzrə milli komandaların təlim-məşq bazasında cüdo üzrə “Neftçi
İdman Klubu” İctimai Birliyinin açıq birinciliyi keçirilib. 2003-2004 və
2005-2006-cı illər təvəllüdlü yeniyetmələr arasında təşkil olunan yarışda 280
cüdoçu qalib adı uğrunda mübarizə aparıb.Yarışın
keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması,
kiçikyaşlı cüdoçulara yarış təcrübəsinin aşılanması, onlar arasında dostluq əlaqələrinin
yaradılması və möhkəmləndirilməsi, eləcə də klubumuzun həmin yaş qruplarında
yığma komandasını müəyyən etmək və Bakı, respublika birinciliklərinə və digər məsul
yarışlara hazırlamaqdan ibarət idi.Yeniyetmə
cüdoçuların böyük həvəs və maraqla qatıldığı yarış gərgin idman mübarizəsi şəraitində
keçib. 2003-2004-cü illər təvəllüdlü idmançılar arasında Adil Məmmədov (34 kq),
Eltun Məmmədov (42 kq), Əlihümbət Qafarov (46 kq), Ramin Abbasov (50 kq), Riyad
Qurbanzadə (55 kq), Vüqar Talıbov (60 kq), Sadıq Bünyatov (66 kq) və Orxan
Paşayev (73 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq qızıl medala sahib
olublar.2005-2006-cı
illər təvəllüdlü cüdoçulardan isə Nicat Eyvazov (27 kq), Şahin Oruczadə (30
kq), Zakir Allahverdiyev (34 kq), Abdurəhman Qəribov (38 kq), Seymur Tağıyev
(42 kq), Tamerlan Rəhimli (46 kq), Məhəmməd Hüseynov (50 kq) və Sabir Orucov
(55 kq) birinciliyin qalibi adını qazanıblar.Hər çəki
dərəcəsində 1-ci, 2-ci və 3-cü yerləri tutan idmançılar “Neftçi İdman Klubu”nun
medal, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.