Beynəlxalq
Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.Yeni siyahı “Neftçi İdman Klubu”nun cüdoçuları
üçün uğurlu olub. Təmsilçilərimizin hamısı mövqelərini qoruyublar. Belə ki, 60
kq çəki dərəcəsində Orxan Səfərov yenə 3-cü, İlqar Müşkiyev isə 12-ci pillədə
yer alıb. 66 kq-da Nicat Şıxəlizadə 9-cu sıradadır. Rüstəm Orucov (73 kq) 1-ci,
Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elmar Qasımov 1-ci, Elxan Məmmədov (hər ikisi
100 kq) isə 8-ci pillədə qərar tutub.