Qılıncoynatma
üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi sona yetib. Qılıncoynatma Federasiyasının
zalında təşkil olunan yarışda 64 idmançı (36 oğlan, 28 qız) şpaqa və sablya
növlərində bacarıqlarını nümayiş etdiriblər.”Neftçi İdman Klubu”nun təmsilçiləri də
birincilikdə mübarizə aparıblar. Sablyaçılarımız 2-si gümüş və 3-ü bürünc
olmaqla yarışın 5 medalına yiyələniblər. Oğlanlar arasında Murad Hüseynov
gümüş, Murad Əkbərov isə bürünc medala layiq görülüb. Xanım sablyaçılarımızdan
Ayla Muradzadə fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Sara Aydəmirova və Ləman
Əhmədova isə ölkə birinciliyini 3-cü yerdə başa vurublar.