Bakı İdman
Sarayında kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi
sona çatıb. Üç gün davam edən yarışda 72 klubu təmsil edən 530 idmançı (464
oğlan, 66 qız) qalib adı uğrunda mübarizəyə qoşulub.”Neftçi
İdman Klubu”nun yeniyetmə cüdoçuları da ölkə birinciliyində bacarıqlarını
nümayiş etdiriblər. İdmançılarımız 2-si qızıl, 4-ü gümüş və 5-i bürünc olmaqla
11 medala sahib olublar və komanda hesabında 3-cü yeri tutublar.Oğlanlar
arasında 66 kq çəkidə çıxış edən Cəmil Hacıyev bütün rəqiblərindən üstün olub və
Azərbaycan çempionu adını qazanıb. Uğur Xəlilov (38 kq), Elton Məmmədov (42 kq)
gümüş, Seymur Məcidli (42 kq) və Ramin Abbasov (50 kq) isə bürünc medala layiq
görülüblər.Qızların yarışında Nigar Əliyeva (28 kq) fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final görüşündə məğlub olan Aydan Vəliyeva
(28 kq) və Aynur Məmmədova (52 kq) 2-ci yerə çıxıblar. Digər cüdoçularımız
Nigar Əlibəyli (44 kq), Nərminə Şirinova (52 kq) və Firuzə Hacıverdiyeva (+63
kq) isə respublika birinciliyini 3-cü yerdə başa vurublar.