Hindistanın
paytaxtı Dehlidə güllə atıcılığı üzrə dünya kuboku yarışları davam edir.”Neftçi
İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan təmsilçisi Ruslan
Lunyov 25 metr məsafəyə atəşaçma yarışlarında bürünc medala yiyələnib. Güllə
atıcımız təsnifat mərhələsində 579, finalda isə 23 xal toplayaraq bu uğura nail
olub.Qeyd edək ki, martın 2-dək davam edəcək turnirdə
Ruslan Lunyov 10 metr məsafəyə atəşaçma yarışlarında da mübarizə aparacaq.