Azərbaycan paralimpiyaçıları Seulda keçirilən Ümumdünya Oyunlarında daha 4 medal qazanıblar. 200 metr məsafəyə üzgüçülük yarışlarında Dmitri Saley qızıl, Roman Saley isə gümüş medal qazanıb. İdmançılarımız bu uğuru 50 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında da təkrarlayıblar. Dmitri bu dəfə də Romanı üstələyib.Ümumi hesabda Azərbaycan atletləri Seulda 8 qızıl, 6 gümüş və 3 bürünc medala sahib olublar. Cənubi Koreyada ölkəmizə bütün medalları “Neftçi İdman Klubu”nun üzvləri qazandırıblar.