Hollandiyanın
Eyndhoven şəhərində keçirilən taekvondo üzrə ənənvi “Dutch Open” beynəlxalq
turniri sona yetib.G1 kateqoriyalı yarışda “Neftçi İdman Klubu”nun
iki təmsilçisi mükafata layiq yer tutub. Taekvondoçularımızdan 87 kq çəki dərəcəsində
mübarizə aparan Ramin Əzizov bütün döyüşləri qələbə ilə başa vuraraq turnirin
qalibi adını qazanıb. Klubun digər yetirməsi Ayxan Tağızadə (68 kq) isə “Dutch
Open”in bürünc medalına sahib olub.