Martın
23-də Estoniyanın Vinni şəhərində start götürmüş sumo üzrə Avropa kubokuna
yekun vurulub.”Neftçi İdman Klubu”nun təmsilçisi Çingiz Səmədov
yarışda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb. İdmançımız bütün rəqiblərini
məğlub edərək 100 kiloqramadək çəki dərəcəsində Avropa kubokunun qızıl medalına
sahib olub.