Ölkəmizdə
bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsində önəmli rol oynayan “Neftçi
İdman Klubu” neft, qaz və kimya sənayesi işçilərinin arasında mütəmadi olaraq
idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. İdmanın kütləviləşməsi, gənclərin
sağlam ruhda formalaşması, neftçilərin və onların ailə üzvlərinin asudə
vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyan bu tədbirlərdən ən təntənəli
keçiriləni isə hər ilin sentyabr ayında neftçilərin peşə bayramı ərəfəsində təşkil
olunan spartakiadadır.Klubumuz
bu il də öz ənənəsini davam etdirərək, neft, qaz və kimya sənayesi işçilərinin
XXIII Spartakiadasını keçirdi. 14 idman növü (atletika, üzgüçülük, mini-futbol,
voleybol, stritbol, daşqaldırma, şahmat, dama, nərd, stolüstü tennis, darts, kəndirdartma,
qolgücü və güllə atıcılığı) üzrə keçirilən bu mötəbər yarışa 1239 iştirakçı
qatılmışdı ki, onlardan da 293-ü qadınlar idi. 31 müəssisədən komandaların
iştirak etdiyi yarışlar Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində,
atletika növündə İsmət Qayıbov adına Təlim-İdman Bazasında, üzgüçülük növündə
isə “Start” İdman Kompleksində keçirilirdi.Üzgüçülüknövündə yarışlar kişilər və qadınlar arasında sərbəst üsulla üzməklə ayrılıqda
keçirilirdi. Hər komandadan üç kişi və üç qadın iştirak edir və ən yaxşı nəticə
hesabata daxil edilirdi. Qadınlar 25 metr, kişilər isə 50 metr məsafədə
yarışırdılar. Kişilər arasında finişə ən tez çatan Heydər Əliyev adına Neft
Emalı Zavodunun nümayəndəsi oldu. Dalğıc və Qəzadan Xilasetmə İdarəsi 2-ci,
Neft Kəmərləri İdarəsi isə 3-cü yeri tutdu. Xanım üzgüçülərin yarışında “Neft
Daşları” NQÇİ-nin təmsilçisi lider oldu. Neft Kəmərləri İdarəsi 2-ci, Heydər
Əliyev adına NEZ isə 3-cü pillədə dayandı.Atletikayarışları şəxsi-komanda birinciliyi kimi kişilər və qadınlar arasında aşağıdakı
proqram üzrə təşkil olunmuşdu: 100 metr məsafəyə qaçış, qaçaraq tullanma,
yerindən tullanma və nüvəitələmə. Bu növlərdə hər müəssisədən üç idmançı
iştirak edə bilərdi. Ən yaxşı bir nəticə hesabata daxil edilirdi. Hər iştirakçı
proqramın yalnız üç növünə qatıla bilərdi. Komanda xalları (kişilər və qadınlar
ayrılıqda) bütün iştirakçıların tutduğu yerlərin cəmi ilə hesablanırdı. Bu növdə
kişilər və qadınlar arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası
liderliyi heç kəsə güzəşt etmədi. “Neft Daşları” NQÇİ və “Azərkimya” İstehsalat
Birliyi kişilər, Neft Kəmərləri İdarəsi ilə Nəqliyyat İdarəsinin komandaları isə
qadınlar arasında müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşdürdülər.
Atletikanın ailə yarışlarında oğlanlar arasında Heydər Əliyev adına NEZ-in
komandası bütün rəqiblərini qabaqladı. “Azərkimya” İstehsalat Birliyi 2-ci,
“Neft Daşları” NQÇİ isə 3-cü pillədə qərar tutdu. Qızların yarışında “Neft
Daşları” komandası ən yaxşı nəticə göstərdi. Nəqliyyat İdarəsi 2-ci, Heydər
Əliyev adına Neft Emalı Zavodu isə 3-cü yerə çıxdı.Şahmatnövündə komandanın tərkibi 3 (2 kişi + 1 qadın) nəfərdən təşkil olunmuşdu.
Qaliblər komanda birinciliyində müəyyən edilirdi. Şahmat yarışında Neft Kəmərləri
İdarəsinin komandası liderliyə yüksəldi. “Azəriqaz” İstehsalat Birliyi 2-ci,
Heydər Əliyev adına NEZ isə 3-cü oldu.Damayarışında da komandaların tərkibi və yarışın keçirilmə qaydaları eynilə
şahmatda olduğu kimi idi. Bu növdə Heydər Əliyev adına NEZ 1-ci yeri tutdu.
Neft Kəmərləri İdarəsi və Nəqliyyat İdarəsi müvafiq olaraq 2-ci və 3-cü pillələrdə
qərarlaşdılar.Stritbolnövündə yarışlar kişilər və qadınlar arasında ayrılıqda keçirilir və qaliblər də
müvafiq olaraq ayrılıqda müəyyən edilirdi. Komanda 4 nəfərdən ibarət idi. Oyun
iki hissəni əhatə edirdi. Oyun ərzində səbətə düşən hər top 2, cərimədən atılıb
səbətə düşən top 1, cərimə meydançasının kənarından atılan top isə 3 xal
sayılırdı. Bu növdə kişilərin yarışında Heydər Əliyev adına NEZ-in komandası
qalib adını qazandı. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, “Qaz
İxrac” İdarəsi isə 3-cü oldu. Zərif cinsin nümayəndələri arasında təşkil olunan
yarışda Heydər Əliyev adına Neft Emalı Zavodu bütün rəqiblərindən üstün oldu.
Neft Kəmərləri İdarəsi yarışı 2-ci, “Neft Daşları” komandası isə 3-cü yerdə
başa vurdu.Kəndirdartmanövündə
komandanın tərkibi 6 nəfərdən ibarət idi. Yarış “uduzub çıxma” sistemi üzrə qəbul
olunmuş ümumi qaydalarla keçirilirdi. Ən çox azarkeş dəstəyi qazanan növlərdən
olan kəndirdartmada da Heydər Əliyev adına NEZ liderliyini davam etdirdi. Neft
Kəmərləri İdarəsi 2-ci, “Qaz İxrac” İdarəsi isə 3-cü yerə çıxdı.Dartsyarışında
kişilər və qadınlar ayrılıqda yarışırdılar. Komandanın tərkibi 3 nəfərdən ibarət
idi. İştirakçıların hər biri divardan asılmış nişangaha 3 metr məsafədən 6 cəhdlə
xüsusi kiçik ox atırdılar. Qaliblər komanda üzvlərinin topladığı xalların cəminə
görə müəyyən olunurdu. Eyni xal toplamış komandalar öz aralarında qalib müəyyən
olunanadək yenidən yarışırdılar. Bu növdə maraqlı nəticələr qeydə alındı. Belə
ki, hər iki cinsin nümayəndələri arasında Neft Kəmərləri İdarəsinin komandası
1-ci, Heydər Əliyev adına Neft Emalı Zavodu isə 2-ci oldu. 3-cü yerləri kişilərdə
“Siyəzənneft” NQÇİ, qadınlarda isə “Neft Daşları” NQÇİ tutdu.Daşqaldırmaidman
növündə hər kollektivdən 5 nəfər iştirak edirdi (hər çəkidə 1 nəfər).
İştirakçılar çəki dərəcələrinə görə aşağıdakı qruplara bölünürdülər: 65 kq, 75
kq, 85 kq, 95 kq və 95 kq-dan yuxarı. Yarışlar 24 kq-lıq daşlarla keçirilirdi.
Qaliblər daşı yerə qoymadan onun sağ və sol əllə qaldırılma sayının cəmi ilə
komanda birinciliyində təyin olunurdu. Daşqaldırma növündə Heydər Əliyev adına
NEZ-in kollektivi ən güclü olduğunu sübut etdi və yenidən liderliyə yüksəldi.
“Neft Daşları” NQÇİ və Neft Kəmərləri İdarəsi 2-ci və 3-cü yerləri bölüşdürdülər.Voleybolyarışı
kişilər və qadınlar arasında ayrılıqda keçirilir və qaliblər də müvafiq olaraq
ayrılıqda müəyyən edilirdi. Komandanın tərkibi 8 nəfərdən təşkil olunmuşdu.
Oyun üç hissədən ibarət idi və hər hansı komanda iki hissəni udurdusa, oyun
dayandırılırdı. Xallar taym-brek üsulu ilə hesablanırdı. Yarış ilkin mərhələdə
yarımqruplarda, final mərhələsində isə “uduzub çıxma” sistemi ilə keçirilirdi.
Voleybol növündə kişilər arasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsi
qalib adını qazandı. “Neft Daşları” NQÇİ 2-ci, “Azərkimya” İstehsalat
Birliyinin komandası isə 3-cü sırada dayandı. Xanım voleybolçulardan isə Heydər
Əliyev adına NEZ-in komandası rəqib tanımadı. “Azərkimya” və “Neft Kəmərləri”
komandaları isə müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərar tutdular.Qolgücünövündə
mübarizə kişilər arasında 70 kq, 80 kq, 90 kq və +90 kq çəki dərəcələri üzrə təşkil
olunmuşdu. Yarışlar qəbul olunmuş ümumi qaydalarla keçirilirdi. Qolgücü
yarışında da Heydər Əliyev adına Neft Emalı Zavodu liderliyini qoruyub saxladı.
“Azərkimya” İB 2-ci, Nəqliyyat İdarəsi isə 3-cü oldu.Mini-futbolyarışlarında
komandanın tərkibi 8 nəfərdən ibarət idi. Yarış ilkin mərhələdə püşkatmanın nəticəsinə
əsasən yarımqruplarda keçirilir, hər qrupdan iki komanda final mərhələsinə vəsiqə
qazandıqdan sonra isə “uduzub çıxma” sistemi ilə davam etdirilirdi. Final mərhələsində
oyunun əsas vaxtında qalib müəyyən olunmadıqda, qalibi müəyyən etmək üçün üç
altımetrlik zərbədən istifadə edilirdi. Yenə qalib müəyyən edilmirdisə,
altımetrlik zərbələr qalibin təyin olunmasına qədər davam etdirilirdi. Final
qarşılaşmasında isə 1-ci yerin sahibi oyunun əsas vaxtında müəyyən olunmasa, 10
dəqiqə əlavə vaxt verilirdi. Bu da qalibi müəyyən etməsə, altımetrlik zərbə
qaydası tətbiq edilirdi.Bu
dəfə də idman növləri arasında ən kütləvisi mini-futbol oldu. Spartakiadanın əvvəlindən
axırınadək gərgin mübarizə şəraitində davam edən və böyük həyəcanla müşayiət
olunan turnirdə “Suraxanı Oyl” Əməliyyat Şirkəti ilə İnformasiya
Texnologiyaları və Rabitə İdarəsinin komandaları finala vəsiqə qazandılar. Çox
maraqlı və hər iki komandanın qələbə əzmi ilə çarpışdığı final qarşılaşmasında
“Suraxanı Oyl” komandası daha üstün oyun nümayiş etdirdi. Həlledici görüşdən
qalib ayrılan bu komanda mini-futbol yarışının qalibi adını qazandı.
İnformasiya Texnologiyaları və Rabitə İdarəsi 2-ci, Ekologiya İdarəsinin
komandası isə 3-cü yerə çıxdı.Stolüstü tennisyarışında
hər komandadan 3 nəfər (2 kişi + 1 qadın) iştirak edirdi. Oyunlar müəyyən
olunmuş qaydalar üzrə keçilirdi və qaliblər komanda birinciliyində müəyyən
olunurdu. Yarışlar ilkin mərhələdə yarımqruplarda keçirilir, hər qrupdan iki
komanda final mərhələsinə çıxdıqdan sonra isə mübarizələr “uduzub çıxma”
sistemi ilə davam etdirilirdi. Stolüstü tennis yarışından “Neft Daşları” komandası
qalib ayrıldı. 2-ci və 3-cü pillədə isə müvafiq olaraq “Azərkimya” İB və Heydər
Əliyev adına NEZ-in komandaları qərarlaşdılar.Nərdüzrə
keçirilən yarışlarda komandanın tərkibi 3 nəfərdən ibarət idi. Qaliblər komanda
birinciliyində müəyyən olunur, oyunlar “uzun” üsulu ilə keçirilirdi. Marsla qələbəyə
2, oyunla qələbəyə isə 1 xal verilirdi. Yarışda qadınlar da iştirak edə bilərdilər.
Hər oyunçu bir tas oynayırdı. Yarış ilkin mərhələdə yarımqruplarda keçirilir, hər
qrupdan iki komanda final mərhələsinə yüksəldikdən sonra mübarizə “uduzub
çıxma” sistemi ilə davam etdirilirdi. Nərd növündə “Azəriqaz” İstehsalat
Birliyi zirvədə yer aldı. “Bahar Enerji” Əməliyyat Şirkəti 2-ci, “28 May” NQÇİ
isə 3-cü yeri tutdu.Güllə atıcılığınövündə
yarışlar kişilər və qadınlar arasında ayrılıqda keçirilirdi. Komandanın tərkibi
3 nəfərdən təşkil olunmuşdu. Yarış iştirakçıları 10 metr məsafədən nişangaha
pnevmatik tapançadan atəş açaraq yarışırdılar. Hər iştirakçıya 10 güllə
verilirdi (5-i məşq, 5-i isə yarış üçün). Qalib komandalar onların üzvlərinin
topladığı xalların cəminə görə müəyyən edilirdi. Komandaların bir neçəsi eyni
xal toplayarsa, bu zaman onlar arasında qalib müəyyən olunanadək üçcəhdli
yarış keçirilirdi. Güllə atıcılığı yarışında Neft Kəmərləri İdarəsi liderliyə
yüksəldi. Heydər Əliyev adına NEZ və “28 May” NQÇİ isə müvafiq olaraq 2-ci və
3-cü yerləri bölüşdürdülər. Zərif cinsin nümayəndələri arasında Heydər Əliyev
adına NEZ yenidən zirvədə qərarlaşdı. Neft Kəmərləri İdarəsi 2-ci, “Qaz İxrac”
İdarəsi isə 3-cü yerə çıxdı.Beləliklə, Heydər Əliyev adına
Neft Emalı Zavodu (692,5 xal) ümumi komanda hesabında XXIII Spartakiadanın
qalibi adını qazandı. Neft Kəmərləri İdarəsi (637,5 xal) 2-ci, “Neft Daşları”
NQÇİ (607,5 xal) isə 3-cü yeri tutdu.Qaliblərə”Neftçi İdman Klubu” tərəfindən diplom, medal və qiymətli
xatirə hədiyyələri təqdim olundu.Bununla
da neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına yekun vuruldu.