Çex Respublikasında
keçirilən yeniyetmə cüdoçuların Avropa kuboku sona çatıb. Yarışda 31 ölkədən
678 idmançı (422 oğlan, 256 qız) qalib adı uğrunda mübarizə aparıb.”Neftçi
İdman Klubu”nun yığmanın heyətində yer almış cüdoçularından 50 kq çəkidə çıxış
edən Əli Əsgərzadə əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb. Təmsilçimiz
bütün görüşləri qələbə ilə başa vuraraq Avropa kuboku yarışının qızıl medalına
layiq görülüb.Qeyd edək ki, Azərbaycan milli komandası yarışda
28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub. Ümumilikdə 4 qızıl, 1
gümüş və 2 bürünc medala yiyələnən yığmamız komanda hesabında Avropa kubokunun
qalibi adını qazanıb.