Aprelin
25-də “Neftçi İdman Klubu” İctimai Birliyi neft, qaz və kimya sənayesinin işçiləri
və digər təşkilatlar arasında səmti müəyyən etmə üzrə açıq turizm yarışı
keçirdi. Bakı Atıcılıq Mərkəzi və Xocəsən gölünün arasındakı meşə zolağında təşkil
olunan turnirdə 12 komandanın tərkibində 78 iştirakçı mübarizə aparırdı.Yarışın
keçirilməsində əsas məqsəd səmti müəyyən etmə idman növünü inkişaf etdirmək,
işçilərə təbii şəraitə uyğunlaşma vərdişlərini aşılamaq, turizm üzrə yarışların
yeni formalarını araşdırmaq və təbliğ etmək, eləcə də “Neftçi İdman Klubu”nun
yığma komandasının üzvlərini müəyyən etmək idi.Klubun
keçirdiyi yarışda iştirakçılar həm şəxsi, həm də komanda hesabında mübarizə
aparırdılar. Kişilər arasında Qennadiy Klim qalib adını qazandı. Ramin Əliyev (hər
ikisi “Neftçi İdman Klubu” İB) 2-ci, Sergey Teleqin (“Dağçılıq” İdman Klubu) isə
3-cü yeri tutdu.Qadınların
yarışında Elina Çerpakova (“Neftçi İdman Klubu”) liderliyə yüksəldi. Sevda Verdiyeva (Fövqəladə Hallar
Nazirliyi) 2-ci, Yekaterina Yakovleva (“Neftçi İdman Klubu”) isə
3-cü oldu.Komanda
yarışlarında “Azərkimya” İstehsalat Birliyi turnirin qalibi adını qazandı. Fövqəladə
Hallar Nazirliyinin komandası 2-ci pillədə qərarlaşdı. “28 May” NQÇİ-ni təmsil
edən komanda 3-cü yerə çıxdı.Ümumi komanda hesabında və şəxsi yarışlarda (kişilər
və qadınlar) 1-ci, 2-ci və 3-cü yerləri tutmuş iştirakçılara “Neftçi İdman
Klubu” tərəfindən diplom və xatirə hədiyyələri təqdim olundu.