Çex Respublikasının
paytaxtı Praqada yeniyetmələr (1999-2000) və gənclər (1997-1998) arasında sambo
üzrə Avropa birinciliyi keçirilib.”Neftçi İdman Klubu”nun millinin heyətində yer almış
samboçularından üçü qitə birinciliyinin mükafatlarına layiq görülüb. İdmançılarımızdan
56 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Dünyamalıyev bütün qarşılaşmaları
qələbə ilə tamamlayıb və Avropa çempionu adını qazanıb. Klubun digər təmsilçiləri
Elmin Hüseynov (62 kq) və Teymur Allahverdiyev (70 kq) isə mötəbər yarışın
bürünc medallarına yiyələniblər.