Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlar başa
çatıb. 134 ölkədən 794idmançının(482 kişi, 312 qadın) mübarizə apardığı yarışda yığma komandamız 17cüdoçu(9 kişi, 8 qadın) ilə təmsil olunub.Fərdi yarışların sonuncu günündə Azərbaycan millisi aktivinə daha iki medal
yazdırıb.Böyük qürur hissi ilə qeyd etməliyik ki, bu cüdoçuların hər ikisi “Neftçi
İdman Klubu”nun yetirmələridir.100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov dünya çempionatının
bürünc medalına sahib olub. Üçüncü yer uğrunda görüşdə cüdoçumuz klubun digər
yetirməsi Elxan Məmmədova qalib gəlib.Qadınların yarışında ölkəmizi 78 kiloqramdan yuxarı çəkidə təmsil edən
İrina Kindzerska mundialda yalnız bir görüşdə məğlub olaraq bürünc medala
yiyələnib.Beləliklə, cüdo üzrə yığma komandamız Macarıstanda təşkil olunan dünya
çempionatını 2 gümüş, 2 bürünc medal olmaqla, 4 medalla başa vurub ki, onların
da hamısı “Neftçi İdman Klubu”nun təmsilçilərinə məxsusdur.Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun idmançıları Orxan
Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.Ümumilikdə dörd medal qazanan Azərbaycan millisi dünya çempionatında
komanda hesabında səkkizinci yeri tutub.