“Sərhədçi” İdmanOlimpiyaMərkəzində 18 yaşadək
yeniyetmə cüdoçular arasında paytaxt birinciliyinə start verilib.Yarışın
ilk günündə “Neftçi İdman Klubu”nun üç cüdoçusu mükafatçılar arasında yer alıb.
Təmsilçilərimizdən 50 kiloqram çəki dərəcəsində
mübarizə aparan Əlihümbət Qafarov yalnız həlledici final görüşündə məğlub olub
və Bakı birinciliyinin gümüş medalına layiq görülüb. Eyni çəkidə çıxış edən
Cavid Piriyev və Çingiz Fəttahov (55 kq) isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.Qaliblərə
Azərbaycan Cüdo Federasiyası, eləcə də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən
diplom, medal və hədiyyələr təqdim olunub.