Sloveniyanın Koper şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku
yarışı keçirilib.”Neftçi İdman Klubu”nun Azərbaycan milli komandasında təmsil olunan
cüdoçusu, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Ağakişiyev
mötəbər turnirin bürünc medalına sahib olub.Qeyd edək ki, 17 ölkədən 230 idmançının (153 oğlan, 77 qız) qatıldığı və
yığma komandamızın 15 oğlan cüdoçusu ilə iştirak etdiyi Avropa kuboku yarışında
Azərbaycan millisi 4 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıb və ümumi komanda
hesabında bütün ölkələri qabaqlayaraq birinci yeri tutub.