“Neftçi İdman Klubu”nun
on iki yaşadək futbolçulardan ibarət komandası dekabrın 18-dən 26-dək Tütkiyənin
Trabzon şəhərində təlim-məşq toplanışında olub.Komandamız bu müddət ərzində
paralel olaraq həm də dörd yoldaşlıq görüşü keçirib. Böyük əzmkarlıq nümayiş
etdirən futbolçularımız bütün qarşılaşmaları qələbə ilə başa vurublar. Təmsilçimiz
“Trabzonspor”, “Ortahisar”, “Yolspor” və “Soyuqsuspor” komandalarını müvafiq
olaraq 4:1, 5:3, 6:0 və 11:3 hesabı ilə məğlubiyyətə uğradıb.