“Sərhədçi” İdman
Olimpiya Mərkəzində 21 yaşadək gənclər arasında cüdo üzrə açıq Bakı
birinciliyinə yekun vurulub.Yarışın ikinci – sonuncu
günündə klubumuzun yetirmələrindən 90
kiloqram çəkidə çıxış edən Fariz Ağayev bütün qarşılaşmaları qələbə ilə başa
vuraraq qalib adını qazanıb. Tunar Nəsirli
(73 kq) isə Bakı birinciliyini üçüncü
pillədə başa vurub.Xatırladaq ki, yarışın
ilk günündə daha 5 cüdoçumuz medala sahib olmuşdu.Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 32 komandadan 318
cüdoçu (295 oğlan, 23 qız) bacarığını nümayiş etdirib.