Xaçmaz
rayonunun Nabran qəsəbəsində səmti müəyyənetmə idman növü üzrə turnir keçirilib.
Vyaçeslav Filipovun xatirəsinə həsr olunmuş yarışda 60-dan artıq idmançı qalib
adı uğrunda mübarizə aparıb.”Neftçi İdman
Klubu”nun təmsilçiləri bu turnirdə də fərqləniblər. Vladislav Tuzov kişilər
arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gennadi Klim isə yarışı
3-cü pillədə başa vurub. Xanım idmançıların mübarizəsində komandamızın məşqçisi
Natalya Əliyeva turnirin gümüş medalına layiq görülüb.