Xəbər
verdiyimiz kimi, oktyabrın 25-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişilər
və qadınlar arasında cüdo üzrə Bakı şəhər açıq çempionatının startı verilib. İki
gün davam edən yarışa bu gün yekun vurulub.Klubumuzun
cüdoçuları yarışın sonuncu günündə daha 5 medal əldə ediblər. Onlardan 60
kiloqram çəki dərəcəsində mübarizə aparan Elmin Hüseynov rəqib tanımayaraq
fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final görüşündə
məğlubiyyət acısı yaşayan Əli Nuriyev (73 kq) gümüş medala layiq görülüb.
Mövlud Bayramov (73 kq), Zaur Həsənov (90 kq) və Cabir Ağazadə (+100 kq) isə paytaxt
çempionatını 3-cü yerdə başa vurublar.Xatırladaq
ki, çempionatın ilk günündə klubumuzun təmsilçiləri daha 5 medala (1 qızıl, 1 gümüş, 3 bürünc) sahib olmuşdular.Qeyd
edək ki, yarışda 23 komandadan 253 cüdoçu (221 kişi, 32 qadın) qalib adı
uğrunda mübarizə aparırdı.