Birləşmiş Ərəb
Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun
vurulub. 62 ölkədən 346 (214 kişi, 132
qadın) cüdoçunun qatıldığı mötəbər turnirdə Azərbaycan millisi 1 gümüş, 2
bürünc medala sahib olub.Sevindirici
haldır ki, hər üç medalı ölkəmizə “Neftçi İdman Klubu”nun cüdoçuları
qazandırıblar. Təmsilçilərimizdən 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov özbəkistanlı
Aklmurodbek Xudoyberdıyevə, Rusiya təmsilçisi Ashad Kostoyevə və Portuqaliya
idmançısı Xorxe Fonsekə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə
israilli cüdoçu Peter Palçikə məğlub olan Elmar Qasımov gümüş medala yiyələnib.Bu çəkidə
mükafata layiq yer tutan cüdoçulara medalları “Neftçi İdman Klubu” idarəetmə aparatının rəhbəri, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim
edib.Klubun digər
yetirmələri Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) isə yarışı
bürünc medalla başa vurublar.