Futbol üzrə Azərbaycan çempionatının I Divizionunda IX turun oyunları
keçirilib.”Qaradağ Lökbatan” bu turda “Sumqayıt-2” komandasının qonağı olub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan qarşılaşma
komandamızın 2:1 hesablı qələbəsiylə başa çatıb. Matçın 26-cı dəqiqəsində
Baxşəli Baxşəliyevin vurduğu qolla rəqib önə keçib. Birinci hissənin
qurtarmasına dörd dəqiqə qalmış tutbolçumuz Camal Camalov hesaba tarazlıq
gətirib – 1:1. Fasilədən sonra komandamız ona üç xalı qazandıracaq qola imza
atıb. Oyunun 87-ci dəqiqəsində Rövşən Şahmuradov adını tabloya yazdırıb – 2:1. Qarşılaşmaya
elə bu hesabla da yekun vurulub və komandamız növbəti üç xalını qazanıb.