“Dağçılıq”
İdman Klubu”nun səmti müəyyənetmə idman növü üzrə açıq birinciliyi keçirilib.
Xaçmaz rayonunun Nabran qəsəbəsindəki meşə zolağında təşkil olunan yarışda 50-yə
yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman
Klubu”nun təmsilçiləri də turnirdə bacarıqlarını nümayiş etdiriblər.
İdmançılarımızdan Vladislav Tuzov kişilər arasında qalib adını qazanıb. Gennadi
Klim isə üçüncü yeri tutub. Zərif cinsin nümayəndələri arasında keçirilənyarışda Anna
Kamayevagümüş medala layiq görülüb.