Birinci Divizionda XI turun oyunlarına start verilib.”Qaradağ Lökbatan” bu turda “Ağsu” komandasının qonağı olub. Ağsu şəhər
stadionunda keçirilən oyundan komandamız 4:0 hesablı qələbə ilə ayrılıb.
Əvvəldən axıra qədər “Qaradağ Lökbatan”ın üstünlüyü şəraitində davam edən
qarşılaşmada futbolçularımızdan Tofiq Mikayılov (31, 80), Bəhruz Teymurov (78)
və Niyazi Qasımzadə (90) fərqlənib.