“Neftçi İdman Klubu”nun cüdoçusu,
Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Çinin Quançjou şəhərində
keçirilən “World Masters” turnirinin qalibi olub. Yarışda 73 kiloqram
çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqibləri üzərində qələbə
qazanaraq qızıl medala layiq görülüb. Cüdoçumuz həlledici final görüşündə kanadalı Artur Marjelidonu məğlubiyyətə
uğradıb.