Rusiyanın Xantı-Mansiysk
şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr
olunmuş boks üzrə Neft Ölkələrinin XVI Dünya Kuboku keçirilib.”Neftçi İdman Klubu”nun
Azərbaycan millisinin heyətində təmsil olunan yetirməsi Rauf Rəhimov yarışı
medalla başa vurub. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz turnirin
bürünc medalına layiq görülüb. O, yarımfinalda fransalı Ntambve Qaetana məğlub
olub.