Bu gün XX əsrin ən dəhşətli
faciələrindən hesab edilən Xocalı soyqırımından 27 il ötür.1992-ci il
fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet
ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə
aylarla mühasirədə saxlanılan Xocalıya hücum edərək, bir gecənin içində şəhəri
yerlə yeksan edib.Bu qanlı
olay zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib.
Onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə
tamamilə məhv edilib. 25 uşaq hər
iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş
gəlib yaralananlardan 76-sı uşaq idi. Faciə baş verən gecə 1275 dinc sakin əsir
götürülüb, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil.”Neftçi
İdman Klubu” İctimai Birliyinin kollektivi Xətai
rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini
ziyarət edib. Abidənin
önünə tər güllər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad edilib,
ruhlarına dualar oxunub.Allah rəhmət eləsin!