Finlandiyanın Rovaniemi şəhərində veteran ağır
atletlər arasında dünya çempionatı keçirilib. Yarışda 58 ölkədən 500 idmançı
qalib adı uğrunda mübarizə aparıb.”Neftçi İdman Klubu”nun təmsilçisi Vaqif Müsadiq
(77 kq) 60-64 yaş qrupunda birdənqaldırmada 88 kq, təkanla qaldırmada isə 108
kq nəticə göstərərək dünya çempionu olub. Bununla da o, ilkə imza atmış olub.
Belə ki, klubun təmsilçisi Azərbaycan ağır atletika idmanı tarixində veteranlar
arasında 60 yaşına çatmış ilk dünya çempionu olub.Qeyd edək ki, Vaqif Müsadiq
artıq 45 ildir ki, “Neftçi İdman Klubu”nda fəaliyyət göstərir.