Ağcabədi Olimpiya İdman
Kompleksində kikboksinq üzrə Azərbaycan kuboku yarışı keçirilib.Klubumuzun yetirmələri turnirin 5
qızıl, 1 gümüş və 1 bürünc medalını qazanaraq Azərbaycan kubokunun qalibi olublar.Kikboksçularımızdan Əlihüseyn Əliyev (48
kq), Əli Qasımov (52 kq), Məhəmməd Əliyev (60 kq), Fərman Rzayev (63 kq) və
Sehran Baxşıyev (71 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar. Əli Ömər (18 kq) 2-ci, Yusif
Dadaşov (42 kq) isə 3-cü yeri tutub.