“Neftçi İdman Klubu” İctimai Birliyi il ərzində
qazandığı böyük uğurlara görə Gənclər və İdman Nazirliyi nərəfindən mükafata
layiq görülüb. Belə ki, nazirliyin 2019-cu ilin idman yekunlarına dair
keçirdiyi tədbirdə klubumuz “İlin ən yaxşı idman təşkilatı” nominasiyasının
qalibi olub.Qeyd edək ki, “İlin ən yaxşı idmançısı”
nominasiyasında “Neftçi İdman Klubu” nun yetirmələrindən Hacı Əliyev (sərbəst
güləş), Nazim Babayev (atletika), Teymur Rəcəbov (şahmat), Rüstəm Orucov
(cüdo), Elçin Əsədov (velosiped) və Aynur Məmmədova (parataekvondo) bu
nominasiyanın qalibi olublar.