Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində yeniyetmə
cüdoçular arasında respublika birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu”nun təmsilçiləri fərdi yarışlarda 2 qızıl, 2
gümüş, 8 bürünc medal əldə ediblər və ümumi komanda hesabında ikinci yeri
tutublar. Cüdoçularımızdan Vüqar Talıbov (81 kq) və Məhəmməd Məmmədzadə (+90
kq) bütün rəqiblərini məğlub edərək Azərbaycan çempionu adını qazanıblar.Komanda yarışlarında isə “Neftçi İdman Klubu” və “Kanokan”
komandaları finala yüksəlməyə müvəffəq olublar. Həlledici görüşdə 4:3 hesabı ilə
qalib gələn klubumuzun cüdoçuları respublika çempionu adına layiq görülüblər.
“Kanokan” gümüş, “Aura” idman klubu və “UGİM-13” komandaları isə bürünc medala
sahib olublar. Qalib və mükafatçılara diplom, medal və kuboklar təqdim olunub.Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman
Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin komanda
yarışlarında 9 klub, fərdi yarışlarda isə 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız)
mübarizə aparırdı.