Bakı İdman Sarayında yeniyetmələr, gənclər və kişilər arasında sambo
üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib. Yarışlarda ölkəmizin rayon
və şəhərlərinin idman klublarından 500-ə yaxın idmançı medallar uğrunda mübarizə
aparıb.Klubumuzun yetirmələri ümumilikdə turnirin 28 medalını (9 qızıl, 9 gümüş,
10 bürünc) əldə ediblər. Yeniyetmə samboçularımızdan Kənan İsmayılov (60 kq),
Elvin Əliyev (65 kq), gənclər arasında Kənan Babayev (57 kq), Vüqar Ağcayev (82
kq), kişilərdən isə Eyvaz Baxşıyev (57 kq), Fuad Məmmədov (62 kq), Ceyhun
Hüseynov (82 kq), Şirin Cavadzadə (90 kq) və Nizami Məmmədov (100 kq) rəqib
tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.