“Neftçi İdman Klubu”nun atleti, Avropa çempionu Nazim Babayev Fransanın
Lievin şəhərində keçirilən atletika üzrə “Meeting Hauts de France pas de
Calais” beynəlxalq turnirində böyük uğura imza atıb. Yarışda üç təkanla
tullanma növündə mübarizə aparan idmançımız 17,15 metr nəticə göstərərək gümüş
medala layiq görülüb. Turnir bu il Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına
lisenziya xarakteri daşıdığı üçün idmançımız bu nəticə ilə Tokio Olimpiadasına
lisenziya qazanıb. Həmin göstəricisi ilə atletimiz həm də Olimpiya normativini
yerinə yetirib.Xatırladaq ki, Nazim Babayev fevralın 15-də İstanbulda keçirilən Balkan
çempionatında qalib olmuşdu.