“Neftçi
İdman Klubu”nun təmsilçisi Məhəmməd Əhmədzadə İtaliyanın paytaxtı Romada
keçirilən qraplinq üzrə Avropa çempionatında mükafata layiq görülüb. Doxsan iki
kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız əzm nümayiş etdirərək mötəbər
yarışın bürünc medalına sahib olub.