Respublika Boks Mərkəzində keçirilən Azərbaycan
birinciliyinə yekun vurulub. 15-16 yaşlı yeniyetmə boksçular arasında təşkil
olunan yarışda 13 çəki dərəcəsi üzrə 282 idmançı medallar uğrunda mübarizə
aparıb.Turnirdə klubumuzun yetirmələri də
bacarıqlarını nümayiş etdiriblər və 8 medala (3 qızıl, 2 gümüş, 3 bürünc) yiyələniblər.
Onlardan Nihat Qurbanlı (46 kq), Səid Abdullayev (54 kq) və Kamal Abdullayev
(+80 kq) məğlubiyyət tanımayaraq ölkə çempionluğunun sevincini yaşayıblar.
Aslan Quliyevlə (54 kq) Qasım Qasımov (60 kq) gümüş, Tural Sarıyev (50 kq) Bəylər
Bayramov (63 kq) və Rəmiş Cəfərov (80 kq) isə bürünc medala layiq görülüblər.Kiçikyaşlı boksçularımız ümumi komanda
hesabında ikinci yeri tutublar.