“Neftçi İdman Klubu”nun yetirməsi Gülnar Məmmədova qadınlar arasında
keçirilən şahmat üzrə respublika çempionatında bacarığını nümayiş etdirib. Şahmatçımız
doqquz turdan ibarət olan və dairəvi sistem üzrə keçirilən turnirdə 6 xal
toplayaraq Azərbaycan çempionatının bürünc medalına sahib olub.