Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir. Yarışın ikinci günündə “Neftçi İdman Klubu”nun Azərbaycan millisinin  heyətində yer almış daha bir təmsilçisi uğur qazanıb. Tokio Olimpiadasına lisenziya xalları verən nüfuzlu yarışda 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov bütün rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançımız Monqolustan, Bolqarıstan, Rusiya və İsveç təmsilçilərinə qalib gələrək finala yüksəlib. O, həlledici  görüşdə isveçrəli Nils Stampa qalib gəlib.Xatırladaq ki, turnirin ilk günü klubumuzun digər yetirməsi Orxan Səfərov bürünc medal qazanmışdı.Qeyd edək ki, 61  ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarış oktyabrın 25-də  sona çatacaq.