“Neftçi İdman Klubu”nun yetirməsi, üçqat Avropa və dünya çempionu Hacı Əliyev (65 kq) Serbiyada keçirilən güləş üzrə fərdi dünya kuboku yarışlarında bürünc medala layiq görülüb. Sərbəst güləşçimiz ilk görüşdə son dünya çempionu, rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib. İdmançımız 4 xal qazandıqdan sonra görüş yarımçıq saxlanılıb. Buna səbəb rəqibin zədələnməsi olub. Üçqat dünya çempionu dörddəbir finalda qırğız güləşçi ilə gərgin keçən görüşdən də qalib ayrılaraq adını yarımfinala yazdırıb. Macarıstan təmsilçisi ilə görüş gərgin idman mübarizəsi şəraitində keçib. Güləşçimiz əzmkarlıq nümayiş etdirsə də, onu qələbədən 1 xal ayırıb. Hacı Əliyev bürünc medal uğrunda görüşdə Fransa təmsilçisi ilə qarşılaşıb və inamlı qələbə qazanaraq yarışda üçüncü yeri tutub.