Artıq iki turniri başa çatan “Champions Chess Tour”
onlayn şahmat seriyasının ümumi sıralaması açıqlanıb. İki turnirin nəticəsinə
görə seriyaya qrossmeysterimiz Teymur Rəcəbov başçılıq edir. Sıralamada ikinci
yeri amerikalı Uesli So, üçüncü yeri isə erməni Levon Aronyan tutur. Seriyanın
təşkilatçısı, norveçli dünya çempionu Maqnus Karlsen isə ümumi hesabda dördüncü
pillədə qərar tutub.Ümumilikdə 10 turnirdən ibarət olacaq “Champions
Chess Tour” onlayn şahmat seriyası bu ilin sentyabrınadək davam edəcək.Qeyd edək ki, “Champions Chess Tour” seriyasının
ikinci – “Airthings Masters” turnirinin finalında şahmatçımız Teymur Rəcəbov
Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək qalib adını qazanıb. Ondan əvvəlki
– “Skilling Open” yarışında da təmsilçimiz prinsipial qarşılaşmada erməni rəqibinə
qalib gəlib. Həmin yarışın qalibi isə ABŞ şahmatçısı Uesli
So olub.