“Neftçi İdman Klubu”nun daha bir paraatleti Tunisdə keçirilən Qran-pri turnirində mükafata sahib olub. T13 kateqoriyasında uzunluğa tullanma yarışlarında  Kamil Əliyev 6,56 metr nəticə göstərərək gümüş medala layiq görülüb.Xatırladaq ki, yarışın əvvəlki günlərində klubumuzun daha iki yetirməsi – Oloxan Musayev və Orxan Qasımov qızıl medala sahib olublar.