Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa Olimpiya təsnifat turniri keçirilir.Üçüncü yarış günündə yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. Azərbaycanın yunan-Roma güləşçisi, “Neftçi İdman Klubu”nun üzvü İslam Abbasov bütün rəqiblərinə qalib gələrək yarımfinal görüşünə çıxıb.87 kq-da yarışan idmançı final yolunda isveçrəli Ramon Betşartla üz-üzə gəlib. Rəqibini 6:1 hesabı ilə məğlub edən Abbasov yarışın həlledici qarşılaşmasına vəsiqə qazanmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.Bu, Azərbaycanın yunan-Roma güləşi üzrə ilk olimpiya lisenziyasıdır.