“Neftçi İdman Klubu”nun paraatleti Kamil Əliyev İtaliyanın Cesolo şəhərində keçirilən dünya Qran-prisində uğurla çıxış edib. Paralimpiyaçımız turnirdə T12 kateqoriyasında  uzunluğa tullanma yarışlarında 6,98 metr nəticə göstərərək qızıl medala sahib olub.Qeyd edək ki, Kamil Əliyev Tokio Yay Paralimpiya Oyunlarına lisenziyasını artıq təmin edib.