Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində qrup mərhələsinin oyunları  sona yetib.”Neftçi İdman Klubu”nun şahmatçısı Teymur Rəcəbov qrup oyunlarında ən yaxşı nəticə göstərən 8 şahmatçı arasında yer alaraq dörddəbir finala vəsiqə qazanıb. Təmsilçimiz son 5 partiyanı heç-heçə ilə başa çatdırıb və nəticədə 8,5 xalla səkkizinci pillədə qərarlaşıb.Turnir mayın 2-dək davam edəcək.Qeyd edək ki, “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.