Portuqaliyanın
Koimbra şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışı başa
çatıb.İyirmi
dörd ölkədən 306 idmançının qalib adı uğrunda mübarizə apardığı mötəbər turnirdə
“Neftçi İdman Klubu”nun təmsilçisi Nəriman Mirzəyev (66 kq) uğurla çıxış edərək
mükafata layiq görülüb. Azərbaycan millisinin heyətində yer alan cüdoçumuz
Avropa kuboku yarışının bürünc medalını qazanıb.