Almaniyanın Dortmund şəhərində keçirilən gənc
güləşçilərin Avropa birinciliyinə yekun vurulub.”Neftçi İdman Klubu”nun yığma komandamızın
heyətində təmsil olunan yunan-Roma güləşçisi Xasay Həsənli nüfuzlu yarışın
mükafatçıları arasında yer alıb. Yetmiş iki kiloqram çəki dərəcəsində ölkəmizin
idman şərəfini qoruyan gənc pəhləvanımız qitə birinciliyinin bürünc medalına
yiyələnib.